“Öncəki parlament seçkiləri ilə müqayisədə Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər rekord sayda deputatlığa namizəd qeydə alınıb”.
MSK: Deputatlığa rekord sayda namizəd qeydə alınıb
Pravda.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
MSK sədri deyib ki, dünənə olan məlumata görə, 1534 deputatlığa namizəd qeydə alınıb.