"“İnternet televiziyası” adı altında fəaliyyət göstərən siyasi ağırlıqlı media resurlarımızın cəmiyyət üçün potensial təhlükə mənbəyi yaradan ciddi bir problemi var: ya məsuliyyətsizlikdən, ya işçi qıtlığından, ya da bilərəkdən səhifələrini, efirlərini nəzarətsiz buraxırlar! Bu nəzarətsizlik də ona gətirib çıxarır ki, bir tərəfdən, tərbiyə və əxlaqdan yoxsul, namussuz və ləyaqətsiz, mahiyyət və genetik baxımdan alçaq kəslər, o biri tərəfdən də cəmiyyətə kin və nifrət toxumu səpmək, ölkədə qarşıdurma yaradıb onu dərinləşdirmək, xalqın yüzilliklər boyu daşıdığı adət-ənənələri, milli-mənəvi dəyərləri alt-üst etmək istəyən şəbəkələşmiş maraqlı siyasi qruplar çox rahatlıqla istədiklərinə nail olurlar".
Pravda.az xəbər verir ki, bu barədə Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü bildirib.
Onun sözlərinə görə, xeyli sayda siyasətçi, alim, ekspert var ki, məhz bu internet televiziyalarındakı çıxışları zamanı rəy, şərh bölümlərində məruz qaldıqları təhqir və basqı ucbatından ya növbəti dəfə efirlərə çıxmaqdan imtina edir, ya da mövqelərini dəyişməyə - həmin qrupların yönləndirdiyi istiqamətdə və tezislərlə çıxış etməyə vadar edilirlər: