BURADA REKLAMINIZ OLA
BİLƏR

Paşinyan istefa verəcəyi tarixi açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan parlamenti buraxaraq erkən seçkilər təyin etmək üçün aprelin sonuncu 10 günündə vəzifəsindən istefa verəcəyini bildirib.

Pravda.az xəbər verir ki, o, bunu parlamentin aprelin 14-də keçirilən iclasında açıqlayıb.

“Protokol qaydaları naminə yeddinci gün baş nazir vəzifəsinə namizədliyimi irəli sürəcəyəm, qalan fraksiyalar isə öz namizədlərini açıqlamayacaq. “Mənim addımım” fraksiyası məni baş nazir seçməyəcək. İkinci dəfə də qrup namizədliyimi irəli sürəcək və yenə də seçməyəcək. Bununla da Parlament buraxılacaq, iyunun 20-də də seçkilər keçiriləcək”, - N.Paşinyan izah edib.

Tarix: 14 Aprel 2021, 20:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin