BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistana xüsusi təzyiq edilməlidir”

“Biz Dağlıq Qarabağ Azərbaycanlı icmasının keçən il ərzində aktiv fəaliyyətini müşahidə etdik. İcmanın beynəlxalq istiqamətdə də fəaliyyəti çox genişləndi. Hazırda Ermənistan və Azərbaycan arasında münaqişənin tənzimlənməsi üçün danışıqlar davam etdirilir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev deyib.

 

“Əgər məqsədəuyğun hesab edilsə, icmalararası dialoq vasitəsi ilə biz də prosesə öz töhfəmizi verməyə hazırıq. Bunun baş verməsi üçün Ermənistanın qeyri-konstruktiv mövqeyindən geri çəkilməsinin şahidi olmalıyıq. Ermənistana xüsusi təzyiq olunmalıdır ki, o bizim öz torpaqlarımıza geri qayıtmağımıza mane olmasın, mülkiyyət və digər hüquqlarımızın bərpa olunmasına heç bir əngəl törətməsin. Keçən il ərzində biz ölkə daxilində və beynəlxalq arenada mühüm istiqamətdə işlər gördük. Bununla Dağlıq Qarabağ Azərbaycanlı icmasının münaqişənin həllində maraqlı tərəf kimi güclü faktor olduğunu göstərdik. Qısa zamanda biz öz gücümüzü və mövqeyimizi hamıya sübut etdik. Erməni tərəfi də bizim fəaliyyətimizdən sonra təşviş içərisindədir. Çünki onlar məhz Dağlıq Qarabağ Azərbaycanlılarının səsinin bu qədər ucadan gələcəyini gözləmirdilər. Ermənilər hesab edirdi ki, bizim susmağımız davam edəcək və meydanda tək qalaraq onlar istədiyi yalanları dünya ictimaiyyətinə çatdırmaqda davam edəcəklər. Amma Dağlıq Qarabağın Azərbaycanlı icması olaraq fəaliyyətimiz nəticəsində erməni yalanları və iftiraları ifşa olundu. Bu ildə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik” – icra sədri qeyd edib.Lent.az

Tarix: 16 Yanvar 2020, 13:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin