BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Manatla bağlı açıqlama: Dəyər itirəcək

“Azərbaycanlılar Türkiyədə 2016-da 610,  2017-ci ildə 942, 2018-ci ildə 1250, 2019-cu ildə 1191, 2020-ci ildə isə 1279 mənzil alıblar. Azərbaycan vətəndaşları 2021-ci ilin yanvar ayında 68, fevral ayında 77, mart ayında isə 106 - toplam ilk 3 ayda 251 mənzil alıblar”.

 

Pravda.az-ın xəbərinə görə, ekspert Natiq Cəfərli deyib ki, bu ilin ilk 3 ayında Türkiyədən ən çox mənzil iranlılar alıb - 1599, ikinci yerdə İraq vətəndaşlarıdır - 1461, üçüncü yerdə isə rusiyalılardır - 938 mənzil: “Pandemiya ilində, 2020-də azərbaycanlılar son 5 ildə ən çox mənzil alıblar - 1279, səbəbi də aydındır, ölkədə inzibati qaydada sabit manat, Türkiyədə isə dəyişkən, böyük dəyər itirən lirə, ona görə də bizimkilər orada daşınmaz əmlak almağı seçdilər, bu daha sərfəli oldu. Qonşularımızda milli valyutalar dəyərdən düşdükcə həm kapital ixracı artacaq, həm də həmin ölkələrdən bizə malların idxalı çoxalacaq, bu isə o deməkdir ki, indi sabit məzənnə rejimi ilə, guya manatı qorumaq siyasəti, orta-uzun vədədə daha böyük fəsadlar törədəcək, manat sonra daha çox dəyər itirməyə məhkum olacaq”.

Tarix: 15 Aprel 2021, 20:41   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin