Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Azərbaycanda "Qurani-Kərim"i təhqir edən universitet müəllimi cəzalandırıldı

1 171
Paylaş:
Azərbaycanda "Qurani-Kərim"i təhqir edən universitet müəllimi cəzalandırıldı

Dünən Bakı Dövlət Universitetində imtahan zamanı müəllim İslam dinini və Quranı təhqir edib.

Pravda.az xəbər verir ki, bu barədə universitetin III kurs tələbəsi Elnar Buludov sosial şəbəkədə məlumat paylaşıb.

Tarix kafedrasının müəllimi Rabil Süleymanlının imtahan zamanı islam dini və Qurani-Kərim haqqında təhqiramiz ifadələr işlətdiyini və onu “terrorçu” adlandırdığını qeyd edib.

Məsələ barədə BDU-nun mətbuat katibi Pərvanə İbrahimova bildirib ki, müəllim auditoriyadan uzaqlaşdırılıb: “Tarix kafedrasının müəllimi Rabil Süleymanlıya şiddətli töhmət verilib”.Oxu.az

Paylaş:

Ən son xəbərlər