AĞ Partiyanın sədri Tural Abbaslının 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyi qeydə alınıb.
Tural Abbaslının deputatlığa namizədliyi qeydə alındı
Pravda.az-ın xəbərinə görə, T.Abbaslı namizədliyini 21 saylı Nəsimi birinci seçki dairəsindən irəli sürüb.
Hazırda həmin seçki dairəsinin deputatı Məlahət İbrahimqızıdır. O, növbəti dəfə də deputatlığa namizədliyini irəli sürüb.