BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlığa namizəd seçicilərə müraciətini talış dilində çatdıracaq

73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Yadigar Sadıqlı seçicilərə müraciətini talış dilində də çap etdirəcək.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Y.Sadıqlı özü məlumat verib.

 

“Bukletdə yazdığım tərcümeyi-halımı və seçicilərə müraciəti talış dilinə də tərcümə etdirdim. Çap edib bukletin içinə qoyacam. Ümid edirəm, gələcəkdə bu təcrübə geniş yayılacaq, ölkədə yaşayan bütün xalqların dilinə gərəkən sayğı göstəriləcək. Azərbaycan hamımızın vətənidir” – namizəd qeyd edib.

 

Qeyd: Hazırda həmin seçki dairəsinin deputatı Rüfət Quliyevdir. O, növbəti dəfə də namizədliyini irəli sürüb.

Tarix: 16 Yanvar 2020, 20:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin