“ABŞ, Çex Respublikasına "Rusiyanın təxribatçı hərəkətlərinə" verdiyi qəti cavabda dəstəyini ifadə edir”.

Pravda.az-ın xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Onun sözlərinə görə, ABŞ Çexiyanı Rusiyanın Çexiya ərazisindəki təxribatçı hərəkətlərinə verdiyi qəti cavabda dəstəkləyir: “Rusiyanın ərazi bütövlüyünü, enerji təhlükəsizliyini və ya müttəfiqlərimizin, tərəfdaşlarımızın həyati infrastrukturunu təhdid edən hərəkətlərinə cavab olaraq qətiyyətlə davranmalıyıq”.