BURADA REKLAMINIZ OLA
BİLƏR

Xoşqədəm Nərminin anasının Bakıda ev istəməsinə münasibət bildirdi

Teleaparıcı Xoşqədəm Hidayətqızı Tovuzda yandırılaraq öldürülən 10 yaşlı Nərmin Quliyevanın anası Aynurə İsmayılovanın Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevadan Bakı şəhərində ev istəməsi məsələsinə münasibət bildirib.

 

Pravda.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

 

O, A.İsmayılovanın fotosunu yayımlayaraq, bu sözləri yazıb.

 

"Nərminin anası... Övladını itirmiş bir qadın... Dünən bir açıqlama verib, qızının öldürüldüyü kənddə yaşaya bilmədiyini, başqa bir yerdə ev istədiyini bildirdi. Onun bu istəyi barədə heç nə deməyəcəyəm. Siz də mənim fikirmi heç soruşmayın. Mən məsələyə başqa tərəfdən yanaşmaq, toxunmaq istəyirəm. Dünəndən medianı izləyirəm və dəhşətə gəlirəm. Bu qadını söyən kim, öldürən kim, təhqir, ittiham... Bir sözlə linç edilir. Başa düşürəm, böyük bir dəhşətlə öldürülən on yaşlı Nərminin anasının belə bir istəyi hər kəsi qıcıqlandırır, haqlı suallar ortaya çıxır, amma nəzərə alın ki, o, bir anadır, bəlkə, bu dəqiqə dediklərini o acının təsiriylə deyir. Bəli, onun yanında olan insanlar ona diqqət ayırmalı , davranışına, deyəcəyi sözü və nəticələrini ona anlatmalıdırlar. Çünki indiki durumda bu qadına mənəvi dəstək lazımdır. Təəssüf ki, bunu etmədilər və bu da nəticə...Nəticədə o, bir anadır və kimsə onun balasını ondan çox istəyə bilməz. Necə görünməsindən asılı olmayaraq... Bir az mərhəmət, özünü qarşındakının yerinə qoymaq, bəlkə, acının təsiriylə bu sözü deyir düşünmək olmazmı?! Peyğəmbərimiz deyir ki, mərhəmət etməyənə, mərhəmət edilməz”- deyə o, qeyd edib.

Tarix: 16 Yanvar 2020, 23:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin