BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha bir icra başçısının qohumu "DOST"dan maaş alır - İş adamıdır

Zaqatala rayonun icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə də ödənişli ictimai işlər üçün büdcədən ayrılan vəsaitə göz dikib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib.

 

C.Həsənli bildirib ki, onun yaxın adamı Berikov Hacımurad Əhməd oğlunun qızı Berikova Mədinə Hacımurad qızı "Dost" maaşı alanlar siyahısındadır: "Daha doğrusu onun da adı ödənişli ictimai işçilər siyahısna salınıb, amma maaşını icra başçısı alır. Hacımurad Berikov 1999-cu ildən 13 saylı Ərazi Vergilər İdarəsində kommersiya qurumu kimi qeydiyyatdan keçib, Zaqataladakı "Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı"nın qanuni təmsilçisidir".

Fotoları təqdim edirik
Tarix: 17 Yanvar 2020, 09:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin