Ermənistan Təhlükəsizlik Şurası baş nazir Nikol Paşinyanın istefaya göndərdiyi Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanın İkinic Qarabağ müharibəsinin 4-cü günü keçirilən iclasda etdiyi çıxışın audio-yazısının bir hissəsini yayıb.
Pravda.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, generalın Təhlükəsizlik Şurasının toplantısında etdiyi məruzəsinin mətninin bir qismi ötən həftə yayılmışdı, indi isə onun səs yazısı ictimaiyyətə təqdim olunub
Baş Qərargah rəisi həmin iclasda bildirib ki, cəbhə xəttində əməliyyat şəraiti dəyişməyib və rəqibin (Azərbaycan hərbçilərinin nəzərdə tutur-red.) hərəkəti müşahidə olunmayıb. Bunun ardınca O.Qasparyan deyib: “Bütün hallarda bizim qoşunlar qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir. Bu səhər Cəbrayıl istiqamətində böyük olmayan əks-hücum həyata keçirmişik və uğur qazanmışıq”.
O, məruzəsinin sonunda qeyd edib: “...Bütövlükdə vəziyyət belədir. Biz qarşıya qoyulan tapşırıqları yerinə yetirik və sonunadək onu icra edəcəyik”.