Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq etdi: “Mümkün olan təhdidi təsbit etsək, dərhal məhv edəcəyik”

1 820
Paylaş:
Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq etdi:     “Mümkün olan təhdidi təsbit etsək, dərhal məhv edəcəyik”

“Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları”.

Pravda.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində deyib.

“Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir. Bununla paralel olaraq, biz əməkdaşlığa da hazırıq - baxmayaraq ki, Ermənistan azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırımı törətmişdir. Baxmayaraq ki, bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, biz gələcəyə baxmalıyıq. Biz, əlbəttə ki, erməni vəhşiliyini heç vaxt unutmayacağıq” – Prezident qeyd edib.

Paylaş:

Ən son xəbərlər