BURADA REKLAMINIZ OLA
BİLƏR

"Mənimlə cinsi əlaqədə olmaq istəyirdi" - Kərimdən Elçinlə bağlı ŞOK İDDİA

Müğənni Kərim Abbasov aparıcı Elçin Əlibəyli ilə bağlı şok paylaşım edib.

 

Pravda.az xəbər verir ki, sənətçi aparıcının bir vaxtlar ona eşq elan etdiyini yazıb.

 

Kərim bildirib ki, Əlibəyli ona yaxın olmaq üçün dəfələrlə təklif ünvanlayıb: "Camaat, eşidin və bilin: Elçin 12-13 il əvvəl məni özünə yaxın tutmaq, cinsi əlaqədə olmaq üçün əlaqə yaratdı. Qorxumdan onunla tək qala bilmirdim. Qurşaqdan aşağı əl atmalarından bezmişdim. Hər dəfə məni divara dirəyib, nələrsə tələb edirdi. Ondan qaçdım və əlaqəni kəsdim. Sonra məndən qisas almaq üçün Təranə (keçmiş arvadı, prodüser Təranə Səmədova - red.) ilə birləşib məni efirdən vurdu. Öz cinsi azlıq adını mənə qoydu. Mən həm Təranə, həm də Elçinin qurbanı oldum. Qardaşın Oqtay ("Soy" prodakşının rəhbəri Oqtay Əliyev - red.) sənə məsləhət gördü ki, Kərim zibillərinin üstünü açmamış, efirdən get. ATV-də işləyəndə orada kimlərin balalarına əl atmamısan ki... Onlarla birləşib təcavüz etdiyin üçün sənə cinayət işi açacam. Əlimdən rahat qurtara bilməyəcksən. Ümid edirəm ki, məni məhkəməyə verəsən. Sənin qara günlərin ondan sonra başlayacaq".

 

Qeyd edək ki, aparıcı Elçin Əlibəyli "Space" televiziyasında yayımlanan "El bizim, sirr bizim" proqramında televiziyadan getməsi ilə bağlı açıqlama verib: "Son sözümü söyləyirəm. Bu, mənlə sizin son görüşümüzdür. Sənətimə, peşəmə dəyər verdiyim üçün "sənətin, peşənin aşağılandığı yerdə olmaram" şüarını irəli sürürəm. Televiziya ilə vidalaşıram" sözlərini deyib.Axşam.az

Tarix: 16 Noyabr 2019, 15:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin