Bu ayın sonunda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılıb.
Azərbaycan və Ermənistan XİN başçılarının görüşü planlaşdırılır
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Anjey Kaspşiklə görüşdə bu məsələ müzakirə olunub.