Son günlər cəmiyyətin müxtəlif təbəqələrində koronavirusla əlaqədar tibbi maskalardan istifadəyə dair müxtəlif fikirlər səsləndirilir. Bəzi insanlar açıq havada maska taxmağa ehtiyac duymasa da həkimlər və digər rəsmilər bunun əksini düşünür.
Pravda.az xəbər verir ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirdi ki, maska və digər qoruyucu vasitələrdən istifadə mütləqdir. Çünki tibbi maska virusdan qorunmaq üçün vacib vasitədir: