Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizəd irəli sürəcək parlamentdə azlıq təşkil edən 6 partiya və 4 namizəd məlum olub.
Pravda.az-ın məlumatına görə, Milli Məclisdə azlığı 3 deputat mandatına malik Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və hər biri 1 deputat mandatına malik Böyük Quruluş Partiyası (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Ana Vətən Partiyası (AVP), Vəhdət Partiyası, ReAL Partiyası, Milli Cəbhə Partiyası (MCP), Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP), Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) və Vətəndaş Birliyi Partiyası təmsil edir.
MSK üzvlüyünə namizəd irəli sürəcək partiyalar aşağıdakılardır:
1. Böyük Quruluş Partiyası (BQP)
2. Ana Vətən Partiyası (AVP)
3. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)