Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

“Bir ayaqqabım var, 5500 manata almışam”

1 494
Paylaş:
“Bir ayaqqabım var, 5500 manata almışam”

“Qarderobumda bir ayaqqabım var, ona 5500 manat vermişəm. O vaxt yaxşı qazanırdım, Rusiyada toylara gedirdim. Bakıda hər gün toyum olurdu”.

Bu sözləri müğənni Xuraman Şuşalı ATV telekanalında yayımlanan “Birə-bir” verilişində qonaq olarkən deyib.

O, hicaba keçməzdən əvvəlki dəbdəbəli həyat tərzindən danışıb:

"Hicabdan əvvəlki vaxtlarımda dəbdəbəni çox sevirdim. Hicab taxandan sonra isə israfı anladım. Düşündüm ki, gərək o pulu bir torpaq sahəsinə verərdim. İndi daha baha qiymətə satardım. Pulu hədər tökmək lazım deyilmiş. Maşınım var idi, gedib kreditlə daha baha maşın aldım. 120 min manat kreditə girdim. Gecikmələrim oldu. İndi də həmin maşını sürürəm. Dostlarım deyir ki, dəyiş bunu. Pul yoxdur, nəylə dəyişim? İndi məni heç kim məcbur edə bilməz ki, kreditə maşın götürüm".

Paylaş:

Ən son xəbərlər