Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub.


Pravda.az xəbər verir ki, bu barədə “Səhər Mərkəzi” proqramında məlumat verilib.


Bildirilib ki, 69 yaşlı müğənnidə 13 gün əvvəl “COVID-19” aşkarlanıb.


Qeyd olunub ki, B. Əşrəfovun səhhəti qaydasına düşmür. Belə ki, yaşı səbəbindən xəstəliyi ağır keçirir, təngnəfəslikdən əziyyət çəkir.