BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Çalışacam ki, xalqla dövlət arasında körpü rolunu oynayım"

"Yeni Azərbaycan Partiyası yenidən mənə etimad göstərərək namizədliyimi 75 saylı Lənkəran-Masallı Seçki Dairəsindən irəli sürüb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu V çağırış Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

 

C.Paşazadə ona etimad göstərib, namizədliyini yenidən irəli sürdüyünə görə Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib: “Əgər fevralın 9-da keçiriləcək parlament seçkilərində xalq məni yenidən dəstəkləyib deputat seçsə, hər zaman seçicilərimlə bir yerdə olub, onların dərdinə şərik olacam. Ən önəmlisi isə çalışacam ki, xalqla dövlət arasında körpü rolunu oynayım. Bilirsiniz ki, ölkəmizdə demokratik seçki mühiti mövcuddur. İnsanlarımız dəstəklədikləri insana səs verərək onu qalib edir. Düşünürəm ki, fevralın 9-da da insanlarımız inandığı, etimad göstərdiyi namizədə səs verərək onu qalib edəcək".Modern.az

 

 

 

Tarix: 17 Yanvar 2020, 14:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin