Azərbaycanda dəvələr yüksək məbləğə satışa qoyulub.

Pravda.az-ın məlumata görə, bu barədə məşhur saytların birində elan yerləşdirilib. 

Hacıqabulda saxlanılan 4 böyük, 1 bala dəvə nə az, nə çox 20 min manata təklif edilir.

Qeyd edək ki, dəvə Azərbaycan coğrafiyasına xas heyvan növü deyil və ölkədə nadir hallarda onlara rast gəlinir.


Yenisabah.az