“Vaksinasiyada iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələr nəzərdə tutulmayıb”. 

Pravda.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aynurə Əhmədova “İcbari tibbi sığorta sistemində tibb işçilərinin əməkhaqlarının hesablanması qaydası” mövzusunda çıxışında deyib. O bildirib ki, yalnız koronavirusla mübarizədə iştirak edənlərə əlavələrin verilməsi  nəzərdə tutulub: “Çünki vaksinasiyada iştirak edən tibb işçiləri sağlam insanlarla işləyirlər. Onlar koronaviruslu xəstə deyil”.

A.Əhmədova əlavə edib ki, Bakıda çalışan tibb işçiləri icbari tibbi sığorta əlavəsini may ayında alacaqlar.