Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən xaric edilib.
Pravda.az-ın xəbərinə görə, bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
O, həmçinin YAP-ın Xətai rayon təşkilatının sədri vəzifəsində azad edilib və YAP Veteranlar Şurasının üzvlüyündən də çıxarılıb.
Qeyd edək ki, aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Həmin görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir. Görüntülər yayıldıqdan sonra H.Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən azad edilib.
Hüseynbala Mirələmov YAP-dan qovuldu