Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 45 saylı Abşeron Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Zahir Rəhimovun (Əzəmət) müraciətinə baxılıb.
Pravda.az-ın xəbərinə görə, bu barədə MSK-nın Ekspert Qrupunun üzvü Ramiz İbrahimov məlumat verib. R. İbrahimov deyib ki, DSK-nın qərarında Z. Rəhimovun təqdim etdiyi sənədlərdə əmlakla bağlı məsələlərdə ona məxsus olan məlumatların düzgün göstərilməməsi qeyd olunub. Belə ki, Z. Rəhimovun təqdim etdiyi sənəddə əmlakla bağlı məlumatlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilib.