Parlamentdə azlıq təşkil edən 6 siyasi partiya Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə namizədinin siyahısını Milli Məclis Aparatına təqdim edib.
Pravda.az xəbər verir ki, parlamentdə azlıq təşkil edən siyasi partiyaların namizədləri aşağıdakılardır:

Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov

Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı.

Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi - Tofiq Həsənov

ReAL Partiyası – Mətin Rəhimli


Report