Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Çoxları din, mentalitet, namus, qeyrət pərdəsi altında zərbə endirir” – Razi Nurullayev

1 407
Paylaş:
“Çoxları din, mentalitet, namus, qeyrət pərdəsi altında zərbə endirir” –       Razi Nurullayev

“Müharibə zamanında cəmiyyətimiz birləşmişdi. İndi isə gündən-günə parçalanma və disinteqrasiya meylləri güclənir”.

Pravda.az-ın xəbərinə görə, bunu deputat Razi Nurullayev deyib.

R.Nurullayev qeyd edib ki, bəzi qüvvələr, insanlar bir-birini parçalamağa hazırdır: “Xeyli insan gözləyir ki, kiminsə ayağı büdrəsin və o da yekə bir daşı qaldırıb onun başına çırpsın, yıxılana balta ilə zərbə etdirsin. Çoxları da din, mentalitet, namus, qeyrət pərdəsi altında zərbə endirir. Min hoqqadan, kələkdən, naqislikdən çıxanlar, üzdə yekə-yekə, səmimi, ürəyiyanan danışıb min əyri yola gedirlər. Özlərinin dəyəri qəpik olmayanlar xalqa dərs keçməyə qalxırlar. Siyasəti günü-gündən eybəcərləşdirirlər”.

Paylaş:

Ən son xəbərlər