“Araik Arutyunyanın Moskvaya səfəri Azərbaycan ictimaiyyəti tərəfindən haqlı olaraq birmənalı qarşılanmamaqdadır. Üçtərəfli Bəyanatın Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanmasından və Vladimir Putinin “Qarabağ beynəlxalq ictimaiyyət və beynəlxalq qanunlar tərəfindən Azərbaycanın tanınan sərhədləri daxilindədir, Qarabağ Azərbaycandır” fikirlərindən sonra yenə kimlərinsə suları bulandırmaq cəhdi elə həmin qüvvələr üçün baha başa gələ bilər”.
Pravda.az-ın məlumatına görə, bu fikirləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib.
Politoloq qeyd edib ki, postmüharibə dövründə sülhə qarant olan Rusiyanın güc strukturlarının müxtəlif nümayəndələrinin gah Ermənistan vasitəsilə Xankəndinə gələrək orada separatçılarla “naməlum” görüşlər keçirmələri, gah da Moskvada Xankəndidən gələn erməniləri qəbul etmələri Azərbaycanın nəticələr çıxarmasına səbəb ola bilər:
“Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən Araik Arutyunyan Moskva aeroportunda təyyarədən enərkən həbs olunmalı halda, onunla siyasi dialoqun aparılması beynəlxalq qanunların pozulması deməkdir. Separatçı Arutyunyanın Moskvaya dəvət edilməsi şimaldakı müəyyən dairələrin Xankəndidəki fiqurlardan 30 il ərzində olduğu kimi bundan sonra da həm Azərbaycana, həm də Ermənistana qarşı istifadə etmək niyyətlərindən xəbər verir.