ABŞ-ın Vaşinqton şəhərində azərbaycanlı və türklərdən ibarət bir qrup insan prezident Co Baydenin qondarma “erməni soyqırımı” ifadəsinə qarşı etiraz aksiyası keçiriblər.
Pravda.az xəbər verir ki, Türk Amerikan Dərnəkləri Assambleyası təşkilatçılığı ilə keçirilən aksiya Türkiyə səfirliyinin Vaşinqtondakı tarixi iqamətgahının qarşısında baş tutub.
Əraziyə əllərində Türkiyə və Azərbaycan bayraqları ilə gələn yüzlərlə aksiya iştirakçısı ermənilərin tarix boyu türklərə qarşı apardığı soyqırım siyasəti haqqında yerli sakinlərə məlumatlar veriblər.
Nümayişçilər ermənilərin Azərbaycanda vəhşiçəsinə qətlə yetirdiyi günahsız insanların fotolarını nümayiş etdirib, “Ar olsun Ermənistan”, “Erməni soyqırımı tarixi yalandır”, “Xocalıya ədalət”, “Erməni yalanını dayandırın” “İcazə verin tarix danışsın” kimi şüarlar səsləndiriblər.
