“ABŞ administrasiyası erməni lobbisinin oyuncağı olmaqla, tarixi xətaya yol verdi”.
Türkiyənin Azərbaycandakı keçmiş səfiri, diplomat Hulusi Kılıç ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələrini soyqırımı olaraq dəyərləndirməsinə mövqe bildirərkən bunu deyib.
Diplomatın fikrincə, siyasətçilərin tarixçilərin yerini tutması xəyanətdir: “Bu qərarın heç bir hüquqi əsası yoxdur. Tarix siyasət alətinə çevrilə bilməz. Bu açıqlamanın hüquqi əsası yoxdur. Təəssüf. Bu bəyanat Türkiyə-Ermənistan münasibətlərinə zərər verəcək və bölgədəki vəziyyəti daha da gərginləşdirəcək”.