Sabirabad rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Pravda.az-ın məlumatına görə, “QAZ-53” markalı yük avtomobili yolu keçən 1953-cü il təvəllüdlü, Nağıyev Şükür Nadirxan oğlunu vurub.
Ağır xəsarət alan yaralı təcili yardımın köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb.