BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağsuda Ayaz Qocamanovun seçki qərargahı fəaliyyətə başladı - FOTOLAR

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Ayaz Qocamanov bu gündən seçki təşviqatına start verib.

 

Pravda.az-ın xəbərinə görə, səhər saatlarında geniş tərkibli iclas keçirilib, bütün heyət təlimatlandırılıb.

 

Könüllülərdən ibarət olan qərargah üzvlərinin iştirak etdiyi toplantıda bu günə qədər həyata keçirilən işlər barədə məlumat verilib, təbliğat günlərinin planı hazırlanıb.

 

A.Qocamanov bildirib ki, onları qarşıda çox məsuliyyətli günlər gözləyir: “Böyük komanda ilə ciddi təbliğat kampaniyasına başlamışıq. Bütün imkanlarımız səfərbər olunub, müxtəlif təbligat vasitələri hazırlanıb, seçicilərlə görüşlər planlaşdırılıb”.

 

Gənc iqtisadçının platformasında seçicilərin gələcək rifahının yaxşılaşdırılması istiqamətində ciddi planlar yer alır. Təşviqat kampaniyasında rayonun 100-dən artıq gənc könüllüləri iştirak edir. Rayon ağsaqqalları, ziyalılar, qazilər və gənclər A.Qocamanova könüllü dəstək aksiyasına başlayıblar.

 

Artıq seçiciləri ilə görüşlər keçirən A.Qocamanov problemləri dinləyib, həlli istiqamətində məsləhətləşmələr aparıb.

 

Namizəd A.Qocamanov diğər rəqiblərinə seçki təbliğatı zamanı səmimi, şəffaf və düzgün mübarizə aparmalarını arzu edib.

 

Qeyd edək ki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyi qeydə alınan A.Qocamanovun seçki qərərgahı Ağsu rayonu, Azərbaycan küçəsində (Heydər Əliyev parkının yaxınlığı) yerləşir.

 

Xatırladaq ki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyi qeydə alınan A.Qocamanov gənc iqtisadçıdır. Azərbaycanın Türkiyə və Rusiya ticarət əlaqələrində kiçik sahibkarlara dəstək verən tanınmış merketinq mütəxəsisidir.

Fotoları təqdim edirik
Tarix: 17 Yanvar 2020, 17:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin