Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Müşfiq Cəfərov: “Əlindəki sonuncu kartı istifadə edən ABŞ dünyada güclü müttəfiqini - Türkiyəni itirmək üzrədir”

1 247
Paylaş:
Müşfiq Cəfərov: “Əlindəki sonuncu kartı istifadə edən ABŞ dünyada güclü müttəfiqini - Türkiyəni itirmək üzrədir”

“100 il bundan əvvəl baş vermiş hadisəyə görə ABŞ Türkiyəni günahlandırmamalıdır. Türkiyə hadisənin necə baş verdiyini, kimlərin öldürüldüyünü tapmaq üçün tarixi faktları açıb araşdırmağı təklif etsə də, Ermənistan bunu rədd edib tarixə yox, siyasilərə əsaslanmağı bildirib. Amerika hər zaman bu “soyqırım” məsələsini gündəmdə tutub, sanki, Türkiyəni təhdid edirdi. Əlindəki sonuncu kartı istifadə edən ABŞ dünyada güclü müttəfiqini itirmək üzrədir. Artıq Amerikanın Türkiyəyə qarşı istifadə edəcəyi heç nəyi qalmayıb”.

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov deyib.

M.Cəfərov bildirib ki, qondarma “soyqırım”ın tanınması Türkiyə üçün heç nəyi dəyişmir: “Necə ki 1995-ci ildə Rusiya tanıyıb və həmçinin bir neçə dünya dövləti “soyqırım”ı tanıyır. ABŞ prezidenti Baydenin “soyqırım” sözündən istifadə etməsi tarixə yenidən siyasi qiymət vermək cəhdi ilə saxtalaşdırma, məsuliyyətsiz davranışdır. Bu hadisələrə tarixçilər arxiv materialları, elmi yanaşma və araşdırmalarla qiymət verməlidirlər, siyasətçilərin bunu alətə çevirmələri absurddur. Hər kəsə məlumdur ki, Osmanlı imperiyasında 1915-ci ildə çoxsaylı siyasi oyunlar qurulub və burada yaşayan erməniləri bu oyuna salıb türklərə arxadan zərbə vurmağa təhrik ediblər və nəticədə faciəvi hadisələr və ermənilərin dünyaya köçü baş verib. Fikrimcə, bu məsələ heç vaxt  təzminatla sona çatmayacaq. Hesab edirəm ki, dünyada baş verən soyqırım və terrorlara həqiqi qiymət verilsəydi, hələ də cəmiyyətlər terrordan əziyyət çəkməzdi. Amerika və digər hegemon dövlətlər 100 il əvvələ qiymət verməklə deyil, günümüzdə baş verən terror hadisələrinə münasibət bildirib, qarşısını almaqla ədaləti təmin etmiş olarlar. Hazırda dünyanın müxtəlif yerlərində terror tüğyan edir. Elə Türkiyənin özü yüz illərdir ki, terrorla mübarizə aparır. Düşünürəm ki, ABŞ prezidenti bu soyqırımı ifadəsini hər hansı rəsmi sənədlə təsdiqləməz”.

Kənan Mirzəyev

Paylaş:

Ən son xəbərlər