İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronaviruslu xəstələr üçün xəstəxanada partlayış və yanğın baş verib.


Pravda.az-ın məlumatına görə, partlayış və yanğın nəticəsində azı 28 nəfər həlak olub, 50 nəfər isə xəsarət alıb.


Məlumata əsasən, hadisə yerinə 20-dən artıq yanğınsöndürən briqada cəlb edilib. Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.


Bildirilir ki, ölən və yaralananların sayı arta bilər.