“ABŞ Prezidenti Co Baydenin “soyqırım” ifadəsini işlətməsi indiyədək olan həqiqətlərin danılması, ermənilərin türklərə, müsəlmanlara qarşı soyqırım faktının təhrif olunmasıdır. Hər kəs bilir ki, 1915-ci ildə ermənilər Anadoluda soyqırım törədiblər”.
Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov deyib.
V.İskəndərov qeyd edib ki, Baydenin addımı beynəlxalq hüququn əsaslarının pozulmasıdır: “Bilirik ki, ABŞ bu məsələni Türkiyəyə, Azərbaycana qarşı silah kimi saxlamışdı, bunu da “partlatdı”. ABŞ-ın daha heç bir rıçaqı qalmır. Hansısa siyasətçinin fikirləri tarixi dəyişdirə bilməz. Baydenin fikirləri tarixi faktlara əsaslanmır. Biz ABŞ-ın hansı əqdiyə malik olduğunu açıq-aydın gördük. Bu, bir daha göstərir ki, dünya ədalətin deyil, nahaqın tərəfindədir. Baş verənlər bizi – Türkiyəni və Azərbaycanı haqq yolundan döndərə bilməz, daha da güclənəcəyik, ədalətsizliyə qarşı mübarizəmizi davam etdirəcəyik. Bayden administrasiyası “soyqırım” məsələsini araşdırmaq istəyirsə, yaxşı olardı ki, öz keçmişlərinə nəzər salardılar, görərdilər ki, soyqırımları kimlər törədiblər... Avropa İnsanın Hüquqları Məhkəməsi “soyqırım” iddialarını rədd edib. ABŞ prezidenti beynəlxalq hüququ ya bilmir, ya da təhrif edir”.
Kənan Mirzəyev