Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Xəstəxanada yanğın zamanı ölənlərin sayı 90 nəfərə çatdı

1 448
Paylaş:
Xəstəxanada yanğın zamanı ölənlərin sayı 90 nəfərə çatdı

İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada baş verən yanğın qurbanlarının sayı artıb.

Bu barədə yerli “Al Arabiya” telekanalı mənbəyə istinadən xəbər verir.

"İbn əl-Xətib" xəstəxanasında yanğın qurbanlarının sayı 90 nəfərə çatıb", - telekanal bildirib.

Daha əvvəl İraqın Daxili İşlər Nazirliyi bildirib ki, hadisə zamanı 82 nəfər həlak olub, daha 110 nəfər xəsarət alıb.

Xəstəxanada partlayışdan sonra yanğın başlayıb, bina tamamilə yanıb. Yanğının söndürülməsinə onlarla yanğınsöndürmə briqadası cəlb olunub.

Məlumata əsasən, xəstəxananın reanimasiya şöbəsində, ağciyəri zədələnmiş ağır xəstələri oksigenlə təchiz edən balonların olduğu anbarda partlayış olub.

Paylaş:

Ən son xəbərlər