Mərkəzi Banka daha iki baş direktor təyin edilib.
Mərkəzi Banka baş direktorlar təyin edildi
Pravda.az-ın xəbərinə görə, yeni təyin olunan baş direktorlar – Əli İsmayıl oğlu Əhmədov, Toğrul Nəcəfəli oğlu Əliyevdir.
Beləliklə, AMB-də baş direktorların sayı 6-ya çatdırılıb. Digər baş direktorlar - Akşin Vəzir oğlu Vəliyev, Rəşad Temraz oğlu Orucov, Ziya Zəfər oğlu Əliyev və Vüqar Ramin oğlu Əhmədov fəaliyyətlərini davam etdirirlər.