İranın Xarici İşlər naziri Cavad Zərifin Qüds Korpusunun keçmiş komandanı Qasım Süleymani ilə bağlı səs yazısı yayılıb.
Səs yazısında diplomat Süleymanini Rusiya ilə birlikdə nüvə sazişini pozmağa cəhd etməkdə ittiham edib. İddialara görə, 2015-ci ildə imzalanmış nüvə sazişindən sonra Süleymani Moskvaya səfər edib. Məqsəd Rusiya ilə birlikdə nüvə sazişinə dair təxribat törətmək olub.