BURADA REKLAMINIZ OLA
BİLƏR

Co Baydenin bəyanatı region iqtisadiyyatına təsir edəcəkmi?

 

“Türkiyənin ABŞ ilə münasibətlərinin gərginləşməsi qardaş ölkənin milli valyutasının məzənnəsinə də təsirsiz ötüşməyib. Həftəyə lirə enişlə başlayıb. Doğrudur, hələlik lirənin kursunda ciddi azalmalar olmasa da, ötən həftəni dollara nisbətən 8.33 məzənnəsi ilə başa vuran Türkiyə pulu bu həftəyə 8.44 tarazlığı ilə başlayıb. Lirə sonuncu iş günü ilə müqayisədə dollara nisbətən 1 faizdən çox dəyərsizləşib”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclis deputatı Vüqar Bayramov deyib.

 

İqtisadçı vurğulayıb ki, Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat region iqtisadiyyatına da təsirsiz ötüşmür:

 

“Amma təbii ki, belə gərgin münasibətlər yalnız qardaş Türkiyə və ya region ölkələri üçün deyil, eyni zamanda Birləşmiş Ştatların biznes dairəsi üçün də arzuolunan deyil. Doğrudur, ABŞ qlobal iqtisadi güc statusunu qoruyub saxlayır. Amma Türkiyə ilə 26.8 milyard dollarlıq xarici ticarəti olan Birləşmiş Ştatlarda biznesin müəyyən seqmenti bu gəlirlərdən faydalanır. 14.2 milyard dollarlıq Birləşmiş Ştatlar ixracatı onun ümumi eksportu ilə müqayisədə böyük görsənməsə də belə biznes gəlirləri baxımdan heç də kiçik göstərici deyil”.

Tarix: 26 Aprel 2021, 14:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin