Sabiq vergilər naziri Fazil Məmmədov üçün həbs təhlükəsi reallaşıb.
Fazil Məmmədova yaxınlığı ilə seçilən şəxslərin təhqiqatlara məruz qalması sabiq nazir üçün böyük başağrısına çevrilib.
Söhbət Londonda gizlənərək, Azərbaycanda hüquq-mühafizə orqanlarının suallarından yayınacağını düşünən Qafar Qurbanovun qaranlıq əməllərindən gedir.
Məlumat üçün bildirək ki, onun adı sabiq vergilər naziri Fazil Məmmədovun pullarını ofşorlara daşımaqda hallanır.
Bu işdə isə onun əsas yardımçılarından biri Səbinə Şükürovadır. (indiki familiyası Sabina Derdiyok) Səbinə Şükürova Qafar Qurbanovun köməkçisi olmaqla yanaşı "Ataholdinq”in əməkdaşı olmuşdur. Qafar Qurbanov Azərbaycana gəlmədiyincə Səbinə Şükürova ilə bağlı da suallar yarandı. Hazırda isə bu işlə bağlı Fazil Məmmədova bağlılığı şübhə doğurmayan "Atabank”ın rəhbərliyi və şöbə müdirlərinin təhqiqatı başa çatıb.
"Atabank”ın bağlanmasından sonra buradakı pulların müəmmalı şəkildə "yoxa çıxması” xüsusilə diqqət çəkir və bu işdə də əslən Şəmkirin Dəllərcəyir kəndindən olan Qafar Qurbanovun adı hallanır.