“AFB Bank” ASC (ASC) “Xəzri TN” MMC-ni məhkəməyə verib.
Pravda.az xəbər verir ki, məhkəmə çəkişməsinə səbəb kredit müqaviləsi üzrə mübahisələrdir.
İddia artıq icraata götürülüb və 7 may 2021-ci il tarixə hazırlıq iclası təyin edilib. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.
“Xəzri TN” MMC 1 oktyabr 1999-cu ildə yaradılıb. Nizamnamə kapitalı 29 483 635 AZN-dir. MMC-nin qanuni təmsilçisi Qasımov Ramil Cəlil oğludur.
“Xəzri TN” MMC Föqvəladə Hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasına daxil olan şirkətlərdən biri kimi tanınıb. Ramil Qasımovdan əvvəl MMC-nin qanuni təmsilçisi Cəmil Muradov olub. Mediada gedən məlumatlara görə, o, Kəmaləddin Heydərovun yaxın qohumudur. 21 aprel 2021-ci il tarixdə “Xəzər TN” MMC reyestr sənədlərinə dəyişiklik edilib və Cəmil Muradov Ramil Qasımovla əvəzlənib.