ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” ilə bağlı bəyanatı Amerika Birləşmiş Ştatları ilə Türkiyənin hərbi sahədəki münasibətlərinə təsir etməməlidir.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi Con Kirbi bildirib.

“Biz Türkiyə ilə hərbi münasibətlərdə heç bir dəyişiklik gözləmirik. Türkiyə - NATO üzrə müttəfiqdir. Biz Prezidentin ötən istirahət günlərində verdiyi bu bəyanatın onlara necəsə toxunacağını gözləmirik”, - o deyib.
Kirbi hərbi sahədə Amerika-Türkiyə əlaqələrinin yalnız möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.
Daha əvvəl “Bloomberg” yazıb ki, Türkiyə ABŞ-la müdafiə sahəsindəki əməkdaşlıq sazişini dondura bilər.