Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

"Prezidentin şəxsi heyət qarşısında idman etməsi, hər iki yumruğunu sıxaraq ağır daşları qaldırması..."

1 364
Paylaş:
"Prezidentin şəxsi heyət qarşısında idman etməsi, hər iki yumruğunu sıxaraq ağır daşları qaldırması..."

"Cənab Prezident İlham Əliyevin səfər zamanı verdiyi mesajlardan belə nəticə çıxarmaq olar ki, Azərbaycan ən qısa zamanda Qarabağı cənnətə çevirəcək, xüsusilə ən müasir infrastruktur layihələrini reallaşdıracaq"


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyevin Zəngilan və Cəbrayıl rayonlarına səfəri barədə danışarkən deyib.

 

Deputat Prezidentin ictimaiyyətə verdiyi bir sıra mesajlara toxunub və səfərin əhəmiyyətindən bəhs edib: "Bildiyimiz kimi, Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva övladları Leyla Əliyeva ilə birlikdə, mütəmadi olaraq, Qarabağa səfərlər edirlər. Səfərlər zamanı möhtərəm Cənab Prezidentimizin verdiyi mesajlar, iştirak etdiyi açılışlar diqqət cəlb edir. Zəngilan və Cəbrayıla səfər zamanı Prezident İlham Əliyev xüsusilə nə qədər qətiyyətli olduğunu, bugünə qədər qeyd olunan hədəflərin yerinə yetirilməsi üçün çevik addımlar atdığını bir daha nümayiş etdirdi. Bildiyimiz kimi, Qarabağ zəfəri ilə yanaşı bizim ikinci ən böyük uğurumuz Naxçıvanla Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizinin bərpası məsələsidir. Bu məsələnin son dönəmlər ermənilər tərəfindən yubadılmasına baxmayaraq, dünən Azərbaycan Prezidentinin Zəngilandan Naxçıvana gedəcək həm dəmiryolu, həm də avtomobil xəttinin bərpası ilə bağlı verdiyi mesajlar onu deməyə imkan verir ki, biz buna ən qısa zamanda mütləq nail olacağıq. Həmçinin işğaldan azad olunmuş ərazilər öz təbiəti ilə fərqlənir, meşə massivləri və təbii ehtiyatlarla olduqca zəngindir. Biz bu gün meşə massivlərini yenidən bərpa etmək və oradakı qədim ağacları qoruyub saxlamalıyıq. Çünki Azərbaycan hər zaman ekoloji layihələrə üstünlük verir. Bunlarla yanaşı, həmin ərazilərdə bərpa və təməlqoyma işləri də həyata keçirilməyə davam edir. Biz çalışacağıq ki, 2020-ci illərin tələblərinə cavab verən yox, 2050-100-cü illərin tələblərinə cavab verən infrastruktur yaradaq. Bunun nəticəsində biz prosesləri qabaqlaya bilərik və regionun ən inkişaf etmiş ölkəsi olaraq öz yerimizi qoruyub saxlayarıq".


Naqif Həmzəyevin sözlərinə görə, Cənab Prezidentin şəxsi heyət qarşısında idman etməsi, hər iki yumruğunu sıxaraq ağır daşları qaldırması qonşularımıza yüngül formada mesajdır ki, baxmayaraq ki, biz döyüş istəmir və regiona daimi sülhü gətiririk, lakin bununla yanaşı hərbi potensialımızı da artırırıq: "O cümlədən mesaj verirdi ki, bizim şəxsi heyət hərtərəfli hazırlıqlıdır. İstənilən halda Azərbaycan qarşı tərəfə elə zərbə vurub ki, azı on illərlə bu zərbənin ağrısından ayıla bilməzlər. Onların tək çıxış yolu cənab Prezidentlə əlaqələri yaxşılaşdırmaq, infrastruktur layihələrinə öz töhfələrini verməkdir. Fikrimcə, belə də davranacaqlar, çünki artıq bütün dünya İlham Əliyevin nə qədər uzaqgörən və qətiyyətli olduğunu bilir".


Qeyd: Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.


Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər