Kaxa Kuçava Gürcüstan parlamentinin yeni sədri seçilib.


Pravda.az-ın xəbərinə görə, parlamentin bu gün keçirilən plenar iclasında hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi namizəd səsə qoyulub.

 
İclasda qeydiyyatdan keçən deputatlardan 86-sı lehinə, 6-sı isə əleyhinə səs verib.