Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov kinorejissor Şeyx Əbdül Mahmudbəyovun sabiq deputat Hüseynbala Mirələmovun əsərlərinin Akademik Milli Dram Teatrının səhnəsindən yığışdırılması haqqındakı fikirlərinə münasibət bildirib.
Hüseynbala Mirələmovun müəllifi olduğu "Xəcalət" pyesi əsasında hazırlanan tamaşanın quruluşçu resjissoru Bəhram Osmanov Əbdül Mahmudbəyova sərt reaksiya göstərib:
"Hər kəs öz işi ilə məşğul olmalıdır. Heç kim başqa idarənin rəhbərinə əmr verə bilməz! "Xəcalət" Azərbaycan teatr tarixində yeganə tamaşadır ki, festivalda qalib olub. Şeyx Əbdül Mahmudbəyov bundan ibrət götürməlidir. Biz hələ bilmirik ki, bu nə məsələdir?! Hüseynbala Mirələmovun Azərbaycan üçün gördüyü işlərin müzakirəsinə ehtiyac yoxdur.
Hər bir tamaşanın yaranış və köhnəlmə dövrü var. Teatr canlı sənətdir. Tamaşa köhnənilən zaman teatr rəhbərliyi repertuardan çıxaracaq. Bunun üçün sənət adamının başqa sənət adamına əmr, məsləhət verməsi qeyri-etik normalardır.