"Prezident İlham Əliyəvin Zəngilana səfəri, verdiyi mesajlar xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı qətiyyətlə qeyd etdi ki, Zəngəzur Dəhlizi açılacaq və yollar çəkilir. Prezident qətiyyətlə bu məsələnin üzərində dayandığını göstərir. Ötən həftə Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzura səfər edərək, Mehri dəhlizi ilə bağlı yöndəmsiz açıqlama vermişdi. Bu, Paşinyana cavab idi. Ermənistana cavabın dövlət başçısı tərəfindən birbaşa sərhəd istiqamətindən verilməsi revanşistlər üçün "soyuq duş effekti" yaradır”.
Pravda.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
"İkinci, dövlət başçısı Ermənistana xəbərdarlıq edərək, birdə atəş açılacaqsa, məhv ediləcək. Bu, Zəngəzur istiqamətindən Azərbaycan sərhədçilərinə erməni hərbiçilərinin atəş açmasına cavab idi.
Qeyd edim ki, Ermənistan Baş naziri Zəngəzur istiqamətində silahların alınması barədə göstəriş verib. Çünki növbəti təxribat Azərbaycanın cavabı kəskin olacaq. Bundan sonra Zəngəzurda yaşayan əhali buranı tərk etmiş olar. Bu da Paşinyan üçün seçki öncəsi çətin bir vəziyyətin yaranmasına səbəb olar. Ermənistan Zəngəzur dəhlizinə mane ola bilməyəcək və bu regional bu layihədir. Bu dəhlizin açılması Türkiyə və Böyük Britaniyanın da maraqlarına cavab verir" – politoloq qeyd edib.