Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Rusiya bu şəxsləri “persona non qrata” elan etdi

1 288
Paylaş:
Rusiya bu şəxsləri “persona non qrata” elan etdi

Rusiya Litva səfirliyinin iki, Slovakiya səfirliyinin üç, Latviya və Estoniya səfirliklərinin hərəsinin bir əməkdaşını “persona non qrata” elan edib.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, “arzuolunmaz şəxs” elan edilən xarici ölkə diplomatları bir həftə ərzində Rusiya ərazisini tərk etməlidirlər.

Qeyd edək ki, adıçəkilən ölkələr Çexiya ilə həmrəylik nümayiş etdirərək bir neçə Rusiya diplomatını “persona non qrata” elan ediblər.

Paylaş:

Ən son xəbərlər