Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda qadın dəm qazından boğuldu

882
Paylaş:
Bakıda qadın dəm qazından boğuldu

Bakıda ölüm hadisəsi baş verib.

Pravda.az-ın xəbərinə görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1987-cı il təvəllüdlü Məmmədova Lətifə Tarverdi qızının meyiti yaşadığı evdə aşkarlanıb.

Meyitin ilkin müayinəsi zamanı L.Məmmədovanın dəm qazından boğularaq öldüyü məlum olub.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.APA

Paylaş:

Ən son xəbərlər