Xarici İşlər Nazirliyinin (XİN) strukturunda dəyişiklik edilib.
Pravda.az-ın xəbərinə görə, bunun nəticəsində nazir müavini Fariz Rzayevin səlahiyyətləri artırılıb.
Belə ki, o, bundan sonra nazirliyin İkinci Avropa İdarəsi, Amerika İdarəsi, Asiya İdarəsi, Yaxın Şərq və Afrika İdarəsi, Nazirliyin İnspeksiyası, YUNESKO üzrə Milli Komissiyanın Daimi Katibliyi, Ümumi Katiblik, Xüsusi Şöbə və İşlər İdarəsinin fəaliyyətinə nəzarəti həyata keçirəcək. Bundan əvvəl həmin strukturlara nəzarəti XİN başçısının sabiq müavini Ramiz Həsənov yerinə yetirib.
Bununla yanaşı əvvəllər xarici işlər nazirinin kurasiyasında olan Dövlət Protokolu İdarəsi də F.Rzayevin nəzarətinə verilib.