Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Senat Samanta Poueri USAID-in rəhbəri vəzifəsinə təsdiqlədi

1 368
Paylaş:
Senat Samanta Poueri USAID-in rəhbəri vəzifəsinə təsdiqlədi

Senat Samanta Poueri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri vəzifəsinə təsdiqləyib.

Pravda.az-ın xəbərinə görə, Senatda keçirilən səsvermədə 68 senator onun namizədliyinin lehinə, 26 senator isə əleyhinə səs verib.

Samanta Pouerin namizədliyi Prezident Co Bayden tərəfindən yanvar ayında irəli sürülüb. O, USAID-in 19-cu rəhbəri olacaq.

S. Pouerin andiçmə mərasimi mayın 2-də keçiriləcək.

Qeyd edək ki, Pulitzer mükafatlı jurnalist Samanta Pouer Obama administrasiyası dövründə ABŞ-ın BMT-dəki səfiri olub.

Paylaş:

Ən son xəbərlər