Yanvarın 17-dən etibarən 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədlərin seçkiöncəsi təbliğat-təşviqat kampaniyasına start verilib. Artıq deputatlığa namizədlər seçici səsi qazanmaq üçün müxtəlif taktikalardan istifadə etməyə başlayıb. Bu namizədlər arasında layiqli olanı da, olmayanı da var. Lakin seçki qanunvericiliyi və ölkə konstitusiyası hər bir vətəndaşa seçib-seçilmək hüququ verdiyindən, insanlar bu hüquqlarından faydalanmağa çalışır. Ancaq hər bir deputat olmaq istəyən şəxs öz potensialını bilməli və bu ağır missiyanı üzərinə götürməlidir. Yoxsa, hüquq mənə imkan verir deyibən, seçkiyə qatılım, reallaşdırılması mümkün olmayan, eyni zamanda deputatın səlahiyyətinə aid olmayan yalan vədlər verməklə seçicini aldadım, səsini oğurlayım və öz gələcək karyeramı qurum düşüncəsi yanlışdır.
Namizədlər arasında xeyli iş adamı, işsiz, hazırda müxtəlif icra strukturlarında fəaliyyət göstərənlər də var. Bu insanlar qanunvericiliyin onlara yatartdığı imkanlardan geninə-boluna istifadə etməklə məşğuldurlar. Hətta bəziləri media quurmlarında “Mənim millət vəkilim”, “Bizim deputat Vətənə xidmət edəcək” devizləri altında təbliğat kampaniyaları həyata keçirməkdədir.
Bunlardan biri də 62 saylı Saatlı Seçki Dairəsində namizədliyini irəli sürən Azərbaycan Turizm Assosiasının İdarə Heyətinin sədri Nahid Bağırovdur.
Onun mətbuata verdiyi açıqlaqmada deputat olmasının səbəbini ölkə başçısının həyata keçirdiyi islahatlara dəstək vermək üçün qoşulduğunu qeyd edir. Ancaq namizəd onu da unudur ki, Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafında turizmin inkişafə əsas prioritetlərdən biri təşkil edir və bu sahədə çoxsaylı sərəncamlar, fərmanlar, proqramlar qəbul edilib. Azərbaycan turizm axınını təşkil etmək üçün viza rejiminin sadələşdirilməsindən tutmuş, turizmdə xidmətin keyfiyyətinin artırlması üçün çoxsaylı real addımlar atıb. Bununla paralel olaraq qanunvericilik sahəsində də ciddi işlər görülüb və hüquqi baza yaradılıb. Hazırda isə yeni “Turizm haqqında” qanun layihəsi üzərində ciddi iş gedir. Adı çəkilən qanun layihəsi Milli Məclisdə müxtəlif səviyyələrdə ciddi müzakirə olunub və qarşıdakı dönəmdə də müzakirələr davam edəcək. Məqsəd də Azərbaycan Prezidentinin yürütdüyü siyasətin uğurla icrasına xidmət edir.
Lakin və ancaq bu sahədə çalışan insanlar hələ də ölkədə turizmin lazımi səviyədə inkişafı, xidmət sahəsinin yüksəldilməsi istiqamətində ciddi işlər görməyiblər. İstər ölkə vətəndaşları, istərsə də ölkəmizə gələn xarici qonaqlar onlara göstərilən turizm xidmətindən razı deyildir. Nəticədə həm ölkə vətəndaşı istirahət üçün ölkədaxili turizm yerlərini deyil xarici ölkələri seçməli olur və pulunu həmin ölkənin iqtisadiyyatının inkişafına yönəldir. Xaricdən gələn turistdə növbəti dəfə Azərbaycana gəlmək istəmir. Çünki həm qiymət bahadır, həm də xidmət çox aşağı səviyyədədir.